Polis idarəsində şübhəli şəxs damarlarını doğrayıb
Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama təcridxanasında saxlanılan şübhəli şəxs özünə xəsarət yetirib.
Aznews.info Report-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə saxlanılan 1989-cu il təvəllüdlü Vaqif Novruzov çarpayının dəmir ayaqlarını çıxararaq damarlarını doğrayıb.
Yaralıya lazımı tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Report.az