Əməkdar artist Teyyub Aslanovun “Aman təklik əlindən” diskinin təqdimatı keçirilmişdir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Əməkdar artist Teyyub Aslanovun “Aman təklik əlindən” diskinin təqdimatı keçirilmişdir

Əməkdar artist Teyyub Aslanovun “Aman təklik əlindən” diskinin təqdimatı keçirilmişdir


AzNews.info xəbər verir ki, 2 noyabr 2016-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Qədim Musiqi Alətləri Ansamblın yaranmasının 20 illik yubileyi çərçivəsində ansamblın solisti, Əməkdar artist Teyyub Aslanovun diskinin təqdimatını keçirmişdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.

Sonra muzeyin Xalq Çalğı Alətləri şöbəsinin müdiri Təranə Zeynalova Teyyub Aslanovun yaradıcılıq yolu, sənət uğurları barədə çıxış etmişdir. Tədbirdə “Aman təklik əlindən” diskinin təqdimatı keçirilmişdir. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rekroru Fərəh Əliyeva, Əməkdar incəsənət xadimi, musiqişünas Cahangir Səlimxanov, Azərbaycan Yazıçılar Birliyinin katibi, dramaturq, “Məclisi-Üns” verilişinin müəllifi İlqar Fəhmi, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mirnazim Əsədullayev, “Cəngi” estrada folklor ansamblının bədii rəhbəri, Əməkdar artist Mircavad Cəfərov, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Səkinə İsmayılova, Respublikanın Əməkdar artisti Bəsti Sevdiyeva, muzeyin Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri, Xalq artisti Munis Şərifov, Əməkdar artist, tarzən Əliağa Sədiyev çıxış etmişlər. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə nümayiş olunmuşlar.

Tədbirin qonaqları musiqi ictimaiyyəti, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV-nin nümayəndələri və başqaları olmuşlar.

Əməkdar artist Teyyub Aslanovun “Aman təklik əlindən” diskinin təqdimatı keçirilmişdir
Əməkdar artist Teyyub Aslanovun “Aman təklik əlindən” diskinin təqdimatı keçirilmişdir
Əməkdar artist Teyyub Aslanovun “Aman təklik əlindən” diskinin təqdimatı keçirilmişdir
Əməkdar artist Teyyub Aslanovun “Aman təklik əlindən” diskinin təqdimatı keçirilmişdir
Əməkdar artist Teyyub Aslanovun “Aman təklik əlindən” diskinin təqdimatı keçirilmişdir
Əməkdar artist Teyyub Aslanovun “Aman təklik əlindən” diskinin təqdimatı keçirilmişdir

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *