Təkər seçərkən nələrə diqqət etmək lazımdır? – VİDEO
Son dövrlər təkər bazarında alıcı aktivliyi müşahidə olunur. Sürücülər buzlu yollarda avtomobili təhlükəsiz idarə etmək üçün qış təkərlərinə üstünlük verirlər.
Bəzən sürücülər qış təkərləri alarkən aldadılır. Bəs görəsən qışa davamlı təkər seçərkən nələrə diqqət etmək lazımdır?
İlk növbədə təkərlərinin istehsal tarixinin yeni olması önəmlidir. Əvvəlki illərin istehsalı olan təkərlər sizi əlavə xərcə sala bilər.
Emin Salmanov deyir ki, rayonda və xüsusən dağlıq ərazilərdə yaşayanlar qış təkərləri seçərkən onların naxışlarının hündür olmasına diqqət etməlidirlər.
Təkərlərin qiymətinə gəlincə isə, satıcılar deyirlər ki, ötən illə müqayisədə bu il qış təkərlərində 25-30 faizə yaxın bahalaşma var.
Oxu.Az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Mənbə:> Oxu.Az