Ağzıgünə satıcılar, su qiymətinə maşınlar » AzNews.info -Xəbər portalı

Ağzıgünə satıcılar, su qiymətinə maşınlar – REPORTAJ

Ağzıgünə satıcılar, su qiymətinə maşınlar


Dünyada neftin ucuzlaşması bir çox ölkələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Ölkədə müxtəlif sahələrdə, xüsusən də biznes sahəsində, daşınmaz əmlak bazarında, iri ticarət mərkəzlərində müəyyən durğunluq müşahidə olunur, əhalinin alıcılıq qabiliyyəti zəifləyib. Bəs görəsən, bu iqtisadi proseslər avtomobil bazarına necə təsir göstərib?

Axar.az əməkdaşı vəziyyətlə maraqlanmaq üçün Yasamal rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Avtomobil Satışı Mərkəzinə yollandıb. Yalnız həftənin altıncı və bazar günləri təşkil olunan satış bazarında ilk baxışdan durğunluq hiss olunur. Demək olar ki, alıcıdan çox satıcılara rast gəlinir.

İstənilən ödəniş qəbul edilir

Çeşidli avtomobillər var və onları əldə etmək üçün bütün növ ödənişlərə yaşıl işıq yandırılıb – təki alver olsun: kredit, lizinq, barter, hətta müəyyən müddətə ödəmə...

Geniş əraziyə malik maşın bazarında əsasən xarici markalı avtomobillər gözə dəyir. Satıcılar maşınlarında əyləşib, müştərinin yolunu həsrətlə gözləyir.

Bazarda satış ölüb

“Niva”ların satışı ilə məşğul olan Əmrah adlı satıcı 15 ildir avtomobil satdığını dedi:

“Gördüyünüz avtomobillərdən “Niva Priora”nı 10.000, “Niva”nı isə 8.500 manata satıram, lakin alan yoxdur”.

Öz avtomobilini satışa çıxaran Musa da deyir ki, bazara alıcı gəlmir:

“Avtomobilimi çox sərfəli qiymətə satıram. 2010-cu ilin “Volksvagen”idir, 8.900 manata verirəm. Alıcı olsa, lap aşağı da verərəm, təki sata bilim”.

Qiymətlərdə o qədər də ucuzlaşma hiss olunmur

2000-ci ildən maşın ticarəti ilə məşğul olan Ramin “Mersedes” markalı avtomobili satışa çıxarsa da, orada olduğumuz müddətdə avtomobilin qiyməti ilə maraqlanan olmadı.

Füzuli rayonundan məcburi köçkün olan Zakir kişi elə bu gün bazara avtomobil satmağa gəldiyini deyir:

“Bu “Kia”nı 11.000 dollara satıram. 2008-ci il buraxılışıdır”.

O, bizimlə söhbətində avtomobilinin ön yan hissəsinin vurulduğunu da gizlətmədi:

“İnsan gərək vicdanla satsın, onsuz da maşın alan şəxs aparıb yoxlatdırır, aldatmaq yaxşı iş deyil”.

Bazarda daha bir neçə avtomobilin qiyməti ilə maraqlandıq. 2012-ci il Rusiya istehsalı olan VAZ 2107 markalı maşın 8.000 dollara satılır. “Saipa” markalı İran maşını isə ilkin ödəniş 1.000 manat olmaqla, 24 aya 250 manatdan kreditlə verilir.

Qeyd edək ki, bazara satış məqsədi ilə gətirilən hər maşın üçün 10 manat yer haqqı ödənilir. Gecə avtomobili burada saxlamaq üçün isə 5 manat tələb olunur.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *