"Sərhədsiz Azərbaycan" forumu baş tutacaq » AzNews.info -Xəbər portalı

"Sərhədsiz Azərbaycan" forumu baş tutacaq

"Sərhədsiz Azərbaycan" forumu baş tutacaq


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Fotoqraflar Birliyinin tərəfdaşlığı ilə 07-08 noyabr 2016 tarixlərində “Sərhədsiz Azərbaycan” Foto-forum həyata keçiriləcək.
AzNews.info xəbər verir ki, həyata keçirilən forum Azərbaycanın mədəni-irsinin, sosial-iqtisadi inkişafının, eləcədə Qarabağ həqiqətlərinin dünyaya tanıdılmasında həvəskar və peşəkar fotoqrafların rolunun artırılmasına xidmət edəcək. Forum “Azərbaycan haqda sözsüz həqiqətlər: Danışan Fotolar” mövzusunda plenar sessiya ilə başlayacaq. Peşəkar fotoqrafların moderatorluğu ilə foto-jurnalist ekspertlərin mövzu ətrafında geniş diskusiyası təşkil olunacaq. Forum həvəskar fotoqraflar üçün praktik sesissayalarla işini davam etdirəcək. Praktiki sessiyalar “Müharibə şəraitində fotomüxbirlik”, “Azərbaycan mədəni irsi yaşayan tarix”, “Azərbaycanın sosial-iqtisadi inkişafı nümunə model” mövzularında təşkil olunacaq. Forumun 2ci günü 1ay müddətində keçirilən fotomüsabiqədə qalib olan fotoqrafların ,Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynayan fotolarından ibarət sərgisi təşkil olunacaq.
Layihənin məqsədi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında foto-jurnalistlərin rolunu artırmaqdır.
Layihəyə qatılmaq istəyən gənc həvəskar və peşəkar fotoqraflar layihənin facebook səhifəsindən ətraflı məlumat əldə edə və foruma qoşulmaq üçün buradan qeydiyyatdan keçə bilərlər.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *