Bakıda iki xalaqızı evdə ölü tapıldı
Bakıda dəm qazından boğulma faktı qeydə alınıb.
AzNews.info Trend-ə istinadən bildirir ki, hadisə Aşıq H.Əliyev küçəsi, ev 113, mənzil 14-də baş verib.
Məlumata görə, 1999-cu il təvəllüdlü Zeynalov Xanım Kamal qızı və onun xalası qızı, 2003-cü il təvəllüdlü Allahverdiyeva Aytən Elman qızı yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Trend