“Amazon”un sahibi bir saata 3 milyard dollar itirdi » AzNews.info -Xəbər portalı

“Amazon”un sahibi bir saata 3 milyard dollar itirdi

“Amazon”un sahibi bir saata 3 milyard dollar itirdi


ABŞ-ın “Amazon” pərakəndə internet satışı şirkətinin III rübdəki mənfəəti analitiklərin proqnozlarını doğrultmadığına görə, şirkətin səhmləri xəbərdən dərhal sonra ilk bir saatda 6% dəyərdən düşüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Report” “RBK”-a istinadən xəbər verir.

Nəticədə şirkətin qurucusu və baş icraçı direktoru olan Cef Bezosun (Jeff Bezos) şəxsi sərvəti 3,2 milyard dollar və ya 4,5% azalaraq 67,5 milyard dollara enib.

Analitiklər səhmbaşına “Amazon”dan 0,78 sent xalis mənfəət gözlədikləri halda, şirkət 0,52 sent qazandığını açıqlayıb.

Bu səbəbdən “NASDAQ” texnologiya şirkətlərinin tədavül etdiyi fond birjasında şirkətin səhmlərinin qiyməti 5,7% azalaraq 772 dollara enib.

C.Bezos 1997-ci ildə “Amazon” şirkətinin səhmlərini ilk dəfə fond birjasında yerləşdirib və o zamandan indiyədək şirkətin səhmləri 54000% bahalaşıb. “Forbes” jurnalının oktyabr sayında verilən məlumata görə, C.Bezos ABŞ-ın ikinci ən zəngin iş adamıdır.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *