Xaçmazda yolun çəkilişi zamanı maraqlı addım – VİDEO
Xaçmaz rayonu Xudat-Yalama-Zuxuloba avtomobil yolunun çəkilişi zamanı maraqlı bir addım atılıb.
Oxu.Az xəbər verir ki. “Azəravtoyol” ASC-nin yoldan çəkilmiş videosunda görünür ki, yeni çəkilmiş yolun ortasındakı ağac kəsilməyib və hərəkət nişanları da buna uyğun tənzimlənib.
Qeyd edək ki, yolun uzunluğu 24 km-dir və III texniki dərəcəyə uyğun olaraq layihələndirilərək yenidən qurulmuşdur.
“Azəravtoyol” ASC-yə istinadən həmin yolun videogörüntüsünü təqdim edirik:
Mənbə:> Oxu.az