Rövşən Lənkəranskinin mirası uğrunda müharibə başlayır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Rövşən Lənkəranskinin mirası uğrunda müharibə başlayır – FOTO

Rövşən Lənkəranskinin mirası uğrunda müharibə başlayır

“Qanuni oğru”lar “kriminal general” Rövşən Canıyevin mirasının bölüşdürülməsinə girişiblər. Bu mirasa əsas namizədlər mafioz Hüseyn Əhmədov (kor Hüseyn) və Merab Canqveladzeyə (Suxumili Merab) yaxın qanqsterlərdir.

Virtualaz.org “Rosbalt” agentliyinin məlumatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, son illərdə Canıyevin Moskvadakı mövqeləri çox zəifləmişdi, burada onun elə də aktivi yox idi. Olanlardan ən irisi tez-tez yerini dəyişən, indi isə Varşava şossesində yerləşən göyərti və meyvə-tərəvəz bazarıdır. Bu obyektə Rövşən Lənkəranski böyük yoldaşı Merab Canqveladze ilə şərik rəhbərlik edirdi, birbaşa idarəçilik isə sonuncunun qardaşı Levonun əlində idi. Canıyevin ölümündən sonra bazar büsbütün Canqveladze qardaşlarının nəzarətinə keçdi. O ki qaldı daha xırda ticarət obyektlərinə, Lənkəranskinin rəhbərini itirmiş silahlıları oraları tez-tələsik tərk etdilər və bu obyektlər müxtəlif etnik qruplaşmaların arasında bölüşdürüldü.

Rövşən Lənkəranskinin mirası uğrunda müharibə başlayır

Rövşən Lənkəranskinin mirası uğrunda müharibə başlayır

Canıyevin Türkiyədəki aktivləri daha sanballı və ciddi idi, son illərdə o özü də burada yaşayırdı. Bunların arasında Rövşənin himayədarlıq etdiyi çoxlu sayda kommersant və firmalar, mehmanxanalar, narkotik təchizatı kanalları və s. vardı. Son zamanlar Canıyevin yaxın ətrafına bir tərəfdən “qanuni” Hüseyn Əhmədov, digər tərəfdən isə Suxumili Merabın mafiozlar qrupu daxil idi ki, bunların arasında Temuri Nemsitsveridzeni (Tsripa), Roin Uqlavanı (Mateviç) və Dato Çuradzeni qeyd etmək olar. Canqveladzenin özü İtaliyada məhbus həyatı yaşayırdı. O, bu yaxınlarda azadlığa çıxıb və Türkiyəyə köçüb.

Rövşən Lənkəranskinin mirası uğrunda müharibə başlayır


“Rosbalt”ın mənbəyinin sözlərinə görə, kommersantlarla görüşlərində, “razborka”larda Əhmədov mütləq şəkildə Canıyevi müşayiət edirdi və kimin Lənkəranskiyə nə qədər ödədiyini, Rövşənin hansı obyektlərə və firmalara nəzarət etməsini o hamıdan yaxşı bilir. Buna görə də, təəccüblü deyil ki, Kor Hüseyn yoldaşının ölümündən sonra onun mirasının böyük hissəsinə iddialarını ortaya qoyub, eyni zamanda, artıq iş adamlarını da xəbərdar edib ki, Rövşənin varisi özüdür. Bu məqsədlər üçün Moskvadan böyük bir qrup keçmiş çeçen döyüşçüsü də gətirilib ki, bunlar Əhmədovun iddialarını daha sanballı və tutarlı edir.

Rövşən Lənkəranskinin mirası uğrunda müharibə başlayır


Lakin hər zaman Rövşənin böyük yoldaşı sayılmış Merab Canqveladze mirasın bölüşdürülməsindən kənarda qalmaq istəməyib. Lənkəranskinin aktivlərinin bir hissəsinə həmin o Mateviç və Tsrip də iddia edirlər ki, onların arxasında nüfuzlu Suxumili Merabın fiquru aydın sezilir. “Hələlik Kor Hüseynlə Merabın dəstəsindəki “oğru”lar arasında birbaşa münaqişə yoxdur, lakin hər şey buna doğru gedir. Rövşənin mirasını sülh yolu ilə bölüşdürmək alınmır”, - agentliyin həmsöhbəti deyib.

Xatırladaq ki, 2016-cı ilin avqust ayının 18-də Canıyev İstanbuldakı hotellərin birinin restoranında öz briqadasının üzvləri ilə görüş keçirirdi. Avtomobillə binadan çıxan zaman killerlər maşını dəlik-deşik etmişdilər. “Qanuni oğru” özü və sinif yoldaşı olan sürücüsü öldürülmüşdü. Avqustun 19-na keçən gecə Canıyevin nəşi Azərbaycana gətirilmiş və doğma Lənkəran şəhərində torpağa tapşırılmışdı.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *