Azərbaycanda cüzam xəstələrinin sayı məlum oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda cüzam xəstələrinin sayı məlum oldu

Azərbaycanda cüzam xəstələrinin sayı məlum oldu


Azərbaycanda 100-ə qədər insan təhlükəli xroniki infeksion xəstəlik olan cüzamdan əziyyət çəkir.

Oxu.Az xəbər verir ki, Azərbaycanın baş dermatoveneroloqu Zülfüqar Fərəcov APA-ya deyib ki, cüzam qədim bir xəstəlikdir və ölkədə də belə xəstələr var.

Cüzam xəstələrinin əsasən izolə olunduğunu deyən Z.Fərəcov vurğulayıb ki, uzun müddət xəstə ilə təmasda olduqda xəstəlik birindən digərinə keçə bilər:

“Adətən, ailədə bir-birinə keçmə hallarına təsadüf olunur. Cüzam xəstəliyi, əsasən, Şimali Afrikada və Hindistanda daha geniş yayılıb. Bu xəstələr izolə olunmalı və mütəmadi müalicə almalıdırlar. Xəstəliyin çox ağır fəsadları var.

Müalicə kursu alandan sonra onun formasından asılı olaraq xəstə evə buraxıla bilər. Lakin cüzamın ağır formalarında - lepratomaq, tuborkloid və qeyri-müəyyən tiplərində xəstələr daima müalicə olunmalıdır”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *