Azərbaycanda zəlilərin təbiətdən toplanmasına icazə verilməyəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda zəlilərin təbiətdən toplanmasına icazə verilməyəcək

Azərbaycanda zəlilərin təbiətdən toplanmasına icazə verilməyəcək


Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu artıq vəhşi təbiətdən zəli ovlamaq istəyən iş adamlarının müraciətinə müsbət cavab verməyəcək, başqa sözlə, bu prosesə icazə verməyəcək.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Zəlinin CİTEZ-in siyahısına salındığını deyən E.Yusifov bildirib ki, hazırda respublikada satılan zəlilərin hamısı təbiətdən toplanılır. İş adamları zəliləri daha çox Rusiya, Türkiyə və Avropa ölkələrinə satırlar.

İnstitut direktoru əlavə edib ki, zəliləri süni surətdə çoxaldaraq istənilən qədər satmaq olar. Amma onun vəhşi təbiətdən ovlanaraq satılması düzgün deyil:

“Mən həftədə 2 dəfə məktub alıram ki, hansısa iş adamı 20-30 min zəli toplamaq istəyir. Sahibkarlar onları süni şəraitdə çoxaltmağa tənbəllik edirlər, ona görə də gedib onu göllərdən yığır və xaricə aparıb satırlar”.

E.Yusifov bildirib ki, əgər zəlilərin vəhşi təbiətdən ovlanması davam edərsə, Azərbaycanda 5 ildən sonra tibbi müalicə üçün zəli tapılmayacaq:

“İnsanlar əvvəllər “Zoo” kombinatda süni surətdə artırılan zəlidən istifadə edirdilər. Amma sonradan həmin struktur dağıdıldı. Hazırda respublikada satılan zəlilərin hamısı təbiətdən yığılır. Bu isə təhlükəlidir. Çünki zəli bilirsiniz ki, qan soran canlıdır. O, hansısa canlının qanını soraraq ondan infeksiyanı götürə bilər və bu da sonradan insana keçə bilər”.

Sadalanan problemlə bağlı bu yaxınlarda Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla da görüşdüyünü deyən E.Yusifov nazirin bu problemə çox həssas yanaşdığını söyləyib:

“Artıq ETSN də bunun qarşısını alacaq. Qaydaya görə, zəlini xaricə apardıqda, gömrük orqanlarında iş adamlarından ilk növbədə ETSN-nin sənədlərini tələb edirlər. ETSN də zəlilərin mövcud sayı, kvotası ilə bağlı rəyin verilməsi üçün bizə müraciət edir. Biz isə yerdə vəziyyəti dəyərləndirib ona mütəxəssis rəyi veririk ki, həmin ərazidən nə qədər zəli götürmək olar.

Ərazidən elə miqdarda zəli götürülməlidir ki, sistem özünü bərpa etsin və sonradan onun kökünün kəsilməsi riski yaranmasın. ETSN bizim rəyimiz əsasında öz qərarını açıqlayır. Biz də İnstitutun Elmi Şurasında bu məsələni qaldırdıq ki, zəlilərin təbiətdən ovlanmasına müsbət rəy, başqa sözlə, icazə verməyəcəyik. Çünki zəlilərin sayı artıq kritik həddə çatır. Şuranın bu iclasından sonra nazirin qəbulunda oldum və o da bunu dəstəklədi. Nazir dedi ki, mən də tapşıraram, bu məsələ nəzarətdə olsun”.

E.Yusifov qeyd edib ki, əgər institut rəy verməsə, zəlilərin vəhşi təbiətdən toplanması prosesi istər-istəməz dayandırılacaq:

“Əlbəttə, qanuni yolla dayandırlılacaq, amma qeyri-qanuni yolla dövriyənin necə olacağını biz artıq bilmirik. Əsas odur ki, talançılığın müəyyən bir hissəsinin qarşısını alacağıq, zəlini təbiətdən götürüb aparıb satmaq elə də asan olmayacaq. Bu, həm də ona görə yaxşıdır ki, sahibkarları zəliləri süni şəkildə artırmağa sövq edəcəyik”.

E.Yusifov artıq Zoologiya İnstitutunda laborator şəraitdə, Mingəçevirdəki təcrübə dayaq məntəqəsində isə açıq şəraitdə zəlilərin çoxaldılması üçün işlərə başladıqlarını söyləyib. Onun sözlərinə görə, hazırkı dövrdə zəlilərin çoxaldılması o qədər də asan deyil:

“Çünki bu, artıq unudulmuş təcrübədir. Ancaq bu, inkişaf etsə, ölkəmiz üçün də gəlir əldə edilmə yerləri artar, çünki xarici ölkələr bizim zəliləri çox həvəslə alırlar”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Louis Vuitton handbags was built-in in the year 1905, in France on the French coastline,Fashion headlines news report: Data of Foreign luxury Chanel Handbagsgoods online retail platform Baghunter.You can tell more women are taking up deep sea diving by glancing at the list of luxuryOriginal Rolex Watchesmanufacturers rushing to release suitably feminine Rolex Air King for this sport.1:1 Replica Breitling Watches is probably best known for waterproofing its Omega Watches Replica,while the movement is still theReplica Tag Heuer, it has been absolutely blacked out and fabricated arresting through an exhibition case back.

Louis Vuitton handbags

Original Rolex Watches

1:1 Replica Breitling Watches

Chanel Handbags]

Rolex Air King

Omega Watches Replica

Replica Tag Heuer

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *