“Facebook” videoları üçün yeni funksiya tətbiq olunacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Facebook” videoları üçün yeni funksiya tətbiq olunacaq

“Facebook” videoları üçün yeni funksiya tətbiq olunacaq

“Facebook” şirkətinin istehsal şöbəsinin rəhbəri Kris Koks “WSJDLive” konfransında sosial şəbəkə üçün yeni unikal filtri təqdim edib.

Oxu.Az xəbər verir ki, İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, filtrin köməyi ilə istifadəçilər videonu əsl sənət əsərinə çevirə biləcəklər.

“Facebook” əməkdaşı bu günlərdə ABŞ-ın Kaliforniya ştatının Laquna-Biç şəhərində keçirilmiş “WSJDLive” konfransında filtrin fəaliyyətini tədbir iştirakçılarına əyani nümayiş etdirib. Real vaxt rejimində K.Koks videoya çəkdiyi tədbir iştirakçılarını gözəl bir təsvirə çevirib.

“Facebook” mütəxəssisi bildirib ki, yaxın vaxtlarda yeni funksiya ilə “Facebook live videos” xidmətinin bütün istifadəçiləri istifadə edə biləcəklər. Ancaq o, yeniliyin tətbiq olunacağı tarixi açıqlamayıb.

K.Koks qeyd edib ki, şirkət mütəmadi olaraq müştərilər üçün faydalı və maraqlı olacaq yeni proqramların tərtibatı ilə məşğuldur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *