Məşhur uşaq bezlərinin tərkibində xərçəng törədən maddələr aşkarlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Məşhur uşaq bezlərinin tərkibində xərçəng törədən maddələr aşkarlandı

Məşhur uşaq bezlərinin tərkibində xərçəng törədən maddələr aşkarlandı

Yalnız Bakıda deyil, dünyanın hər yerində ən populyar uşaq bezi markalarından olan “Pampers”in tərkibində kanserogen (xərçəng xəstəliyi törədən – red) maddələr aşkarlanıb.
Virtualaz.org xəbər verir ki, bunu “Asef” assosiasiyasının mütəxəssisləri bildiriblər.

Məlum olub ki, sözügedən uşaq bezlərinin tərkibində gələcəkdə dəri, sidik kisəsi, qaraciyər və mədə xərçəngi törədə biləcək toksiki birləşmələr mövcuddur.

Bu birləşmələr uşaq bezlərinə körpələrin hissiyyatlı dərisini mühafizə etmək və qıcıqlanmanı aradan qaldırmaq xatirinə əlavə olunmuş maddələrin tərkibinə daxildir.

Assosiasiyanın rəhbəri Lüdvin Ferrer deyib ki, həmin kanserogen birləşmələr körpənin bədəninin ən zərif hissələri ilə az qala 24 saat ərzində kontaktda olur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *