2019-cu il Avropa Gənclərinin Olimpiya Festivalı Bakıda keçirilə bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

2019-cu il Avropa Gənclərinin Olimpiya Festivalı Bakıda keçirilə bilər

2019-cu il Avropa Gənclərinin Olimpiya Festivalı Bakıda keçirilə bilər


2019-cu il Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) Belarusda keçirilməyəcək.

Aznews.info Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Maksim Rıjenkov TASS-a açıqlamasında bildirib.

O, həmin il Minskdə II Avropa Oyunlarının təşkil olunacağını, EYOF-un isə Avropa Olimpiya Komitələri tərəfindən başqa ölkəyə həvalə ediləcəyini söyləyib:

“Bu festivalı keçirməkdə Azərbaycan maraqlı olduğunu ifadə edib”.

Öz növbəsində Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıqlamasında EYOF-u keçirmək fikrində olduqlarını təsdiqləyib:

“II Avropa Oyunlarının Belarusda keçirilməsinə dair qərar verildikdən sonra festivalın digər ölkədə təşkili variantı yarandı. Biz də öz növbəmizdə belə bir istəkdə olduğumuzu bildirdik. Hələlik, başqa namizəd yoxdur. Məsələ müzakirə olunduqdan sonra yaxın bir həftə ərzində qərar qəbul ediləcək”.

Qeyd edək ki, indiyədək Azərbaycanda EYOF keçirilməyib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *