İkinci Avropa Oyunları Belarusda keçirilə bilər » AzNews.info -Xəbər portalı

İkinci Avropa Oyunları Belarusda keçirilə bilər

İkinci Avropa Oyunları Belarusda keçirilə bilər


İkinci Avropa Oyunları Belarusda keçirilə bilər.

Bu barədə MOK-un vitse-prezidenti, Belarus prezidentinin bədən tərbiyəsi, idman və turizmin inkişafı üzrə köməkçisi Maksim Rıjenkov “Belarus 1” telekanalında “Qlavnı efir” proqramında bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə BELTA bildirib.

“Avropa komitələri tərəfindən təklif səsləndirilib. İstəyimiz olsa və əgər biz onun keçirilməsi üçün tələblərə adekvat olan şərait təklif etsək, bu tədbir bizdə keçirilə bilər”, - Maksim Rıjenkov bildirib.

“Azərbaycanda Oyunlar üçün məxsusi idman infrasturkturu inşa edilib. Belarusda bu, artıq var: avarçəkmə kanalları, çoxsaylı arenalar, su-idman kompleksləri və s.. Ona görə də ilkin xərclər az olacaq.

Amma 6 min idmançının, 1,5 min rəsmi nümayəndələrin və jurnalistlərin qəbul edilməsi, onların qida, yaşayış və nəqliyyat ilə təmin edilməsi, lojistika, bütün idman növləri üzrə yayım – bax bu həqiqətən böyük pul tələb edir”, - Maksim Rıjenkov bildirib.

O qeyd edib ki, Belarus digər potensial namizəd ölkələr kimi Oyunların keçirilməsindən hələ ki, imtina etməyib.

Avropa Oyunları Bakıda (Azərbaycan) iyun ayının 12-dən 28-nə qədər keçirilib və bu, Avropa qitəsi tarixində ilk idi. Ümumilikdə Bakıda 16 olimpiya idman növü üzrə və 4 qeyri-olimpiya idman növü üzrə 20 idman yarışı keçirilib. Avropanın müxtəlif guşələrindən 6 mindən çox idmançı 17 yarış günü ərzində öz ölkələrini təmsil ediblər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *