II Avropa Oyunlarını keçirməyə əsas namizəd şəhərin adı açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

II Avropa Oyunlarını keçirməyə əsas namizəd şəhərin adı açıqlandı

II Avropa Oyunlarını keçirməyə əsas namizəd şəhərin adı açıqlandı


2019-cu il Avropa Oyunlarını təşkil edəcək şəhərin adı gələn ay açıqlana bilər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Avropa Olimpiya Komitələrinin (EOC) İcraiyyə Komitəsinin (İK) Slovakiyanın paytaxtı Bratislavada keçirilən iclasında əsas müzakirə mövzusu II Avropa Oyunlarının məkanı ilə bağlı olub.

Barəsində Braziliyada davam edən məhkəmə araşdırması ilə əlaqədar EOC prezidenti Patrik Hikki iclasa qatılmayıb.

O, istintaq yekunlaşanadək bütün vəzifələrindən uzaqlaşıb. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin də üzvü olduğu İK iclasına sədrliyi Yanes Kosyançiç edib.

O bildirib ki, 2019-cu il Avropa Oyunları EOC-un mütləq prioritetidir. Bu məsələ ilə bağlı yekun qərarın 21-22 oktyabrda Belarusun paytaxtı Minskdə keçiriləcək EOC-un Baş Assambleyasında verilməsinə dair yekdil razılıb əldə olunub.

“İnside the Games” nəşri II Avropa Oyunlarını keçirməyə əsas favoritin elə Minsk olduğunu yazıb. Amma 2019-cu ildə Belarus paytaxtı Gənclərin Avropa Olimpiya Festivalına ev sahibliyi etməlidir. Minskin eyni ildə iki böyük yarışa təşkilatçılığı isə inandırıcı görünmür.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ilin 12-28 iyununda Bakıda keçirilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *