Bulvarda 20 yaşlı qız özünü dənizə atmaq istədi
Bakıda 20 yaşlı qız özünü dənizə atmaq istəyib.
Aznews.info xəbər verir ki, APA-nın məlumatına görə, hadisə ötən gecə Dənizkənarı Milli Parkda qeydə alınıb. 20 yaşlı Əsmər Baxşıyeva intihar məqsədi ilə özünü dənizə atmaq istəyib.
Polis əməkdaşlarının müdaxiləsi nəticəsində o, fikrindən daşındırılıb və intiharın qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA