Rövşən Lənkəranskinin İtaliya sərgüzəştləri » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Rövşən Lənkəranskinin İtaliya sərgüzəştləri

Rövşən Lənkəranskinin İtaliya sərgüzəştləri


İtaliya maliyyə polisi bir qədər əvvəl qətlə yetirilmiş qanuni oğru Rövşən Lənkəranskinin bu ölkədəki əmlaklarıyla bağlı araşdırmaya başlayıb.

Aznews.info-un Lent.Az-a istinadən xəbərinə görə, “Sputnik” agentliyinin apardığı araşdırmadan sonra məlum olub ki, polis Lənkəranskiyə aid iki hotelin yerini müəyyənləşdirib. İtaliyanın cənnət bölgələrindən sayılan Salerno yaxınlığındakı Pozitano qəsəbəsində yerləşən “Le Sirenuse” və “Hotel Covo dei Saraceni” hotelləri Lənkəranski tərəfindən nağd qiymətə alınıbmış. Qanuni oğru bu hotellərə üst-üstə 101 milyon avro pul ödəyib.

Məlumata görə, “Covo dei Saraceni” hoteli Lənkəranskinin kriminal aləmdəki müttəfiqi Şeyx Həmzət adı ilə tanınan Xamzat Qastamirovun xanımının, ikinci hoteli isə Rövşən yaxın qohumlarından birinin adına keçirib.

2014-cü ildə İtaliya azərbaycanlı kriminal avtoritet barəsində beynəlxalq axtarış elan edəndən sonra Lənkəranski adıgedən hotellərdən başqa, İtaliyada nağd pulla aldığı restoranları və daha dörd koteci də Qastamirovun adına keçirməyə nail olub.

Xatırladaq ki, həmin vaxt Rövşən Lənkəranski mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinərək İtaliya tərəfindən axtarışa verilmişdi.

Məlumata görə, adıgedən daşınmaz əmlak siyahısı bununla bitmir. Lənkəranskinin Berlində, Hamburq və Münhendə belə əmlakları var və onların idarəçiliyi də Qastamirov tərəfindən həyata keçirilir.

Bu həmin Qastamirovdur ki, bir qədər əvvəl elə həmin Berlində türk və çeçen kriminal dairələrini başına yığaraq Rövşən Lənkəranskinin qisasının alınacağını bildirmişdi.

Digər məlumata görə, Şeyx Həmzət qüvvələrini son illər Almaniyada yaşayan türk mafioz klanın lideri Bülənt Bafralı və cinayətkar aləmdə nüfuzlu olan Sedat Şahinlə birləşdirib. Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir. Tezliklə İtaliya mafiyasının boslarından sayılan Matteo Messina Denaro (ləqəbi “Dyabolik”) və Bernardo Provenzano da Şeyxə dəstək verəcəklərini bildiriblər.

Rövşən Lənkəranskinin İtaliya sərgüzəştləri
Rövşən Lənkəranskinin İtaliya sərgüzəştləri
Rövşən Lənkəranskinin İtaliya sərgüzəştləri

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *