Minik avtomobilləri Binəqədi yoluna buraxılmadı....
Bu gün səhər saatlarından minik avtomobillərin Binəqədinin girişindən şəhər istiqamətində hərəkətinə qadağa qoyulub.
AzNews.info xəbər verir ki,Bu, yəqinki dünənki yağışlı günün fəsadlarının hələ də aradan qaldırılmadığını göstərir.Məsələ burasındadır ki, bir sutka müddətində bu fəsadlar aradan qalxmadığı bir yana,bu barədə heç bir xəbərdarlıq edilməmiş və Binəqədi ərazisinə çatmış maşınlar geri qaytarılmışdır.Bu da işə gedənlərin işə gecikməsi, şəhərə girişlərdə tıxacların yaranması kimi yeni problemlər yaranmağına səbəb olmuşdur.
Mənbə:> AzNews.info