BANM tələbənin intihar etməsi ilə bağlı məlumat yaydı
“Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib”.
Bu barədə Oxu.Az-a BANM-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova bildirib.
Z. Kazımova deyib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
“İstintaq getdiyindən hadisənin səbəbləri barədə məlumat verilmir. Məlumata görə, o, son vaxtlar özünə qapanıb, son bir ayda dərslərdə iştirak etmyib, BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırıb” – deyə, Z. Kazımova qeyd edib.
BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verir.
Mənbə:> Oxu.az