Yunanıstan səfiri: Azərbaycanın turizmi yaxşı təbliğ edilməyib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Yunanıstan səfiri: Azərbaycanın turizmi yaxşı təbliğ edilməyib

Yunanıstan səfiri: Azərbaycanın turizmi yaxşı təbliğ edilməyib


“Azərbaycanın turizm imkanları daha yaxşı təbliğ olunarsa və birbaşa təyyarə reysləri açılarsa, buraya Yunanıstandan daha çox turist gələ bilər”.

Aznews.info xəbər verir ki, bu barədə Fins.az-a müsahibəsində Yunanıstanın ölkəmizdəki səfiri Dimitrias Çunqas bildirib.

“Mən burada olduğum müddətdə Astara, Lənkəran, Lerik, Biləsuvar, Abşeron, Lahıc, Gəncə, Quba, Qusar, demək olar ki, ölkənizdə çox yerlərdə olmuşam və hamısı da çox xoşuma gəlib”, - deyə səfir əlavə edib.

Səfir həmçinin yunanların Azərbaycana daha çox gəlməməsinin səbəblərini açıqlayıb:

“Yayda yunanlar öz ölkələrində qalırlar. Səfərlərə daha çox qış mövsümündə gedirlər. Bu isə daha çox Avropa ölkələridir. Avropa ölkələri arasında da ən çox İtaliya və Fransanı gəzirlər.

Ölkəniz turizm sahəsində yaxşı təbliğ olunmayıb, buna görə də yunanlar buraya daha az gəlir. Bu, birinci səbəbdir. İkinci səbəb isə Azərbaycandan Yunanıstana birbaşa reyslərin olmamasıdır”.

D.Çunqas bildirib ki, Yunanıstanda gəzməli yerlər çoxdur və onların arasında seçim etmək çətindir:

“Bizim ölkədə 3800 ada var və əgər siz dəniz həvəskarısızsa, buraya, bu adalardan birinə baş çəkə bilərsiz. Həmçinin Afina kimi qədim şəhərimiz var. Ümumiyyətlə, Yunanıstanda gəzməli yerlər çoxdur və onlar arasında seçim etmək çox çətindir”.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *