Beyləqanda evin zirzəmisindən naməlum heyvan skeleti tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Beyləqanda evin zirzəmisindən naməlum heyvan skeleti tapıldı – VİDEO

Beyləqanda evin zirzəmisindən naməlum heyvan skeleti tapıldı


Beyləqan rayonunun Aşıqalılar kənd sakini Qəhrəman Mehdiyevə məxsus fərdi yaşayış evinin zirzəmisindən naməlum heyvan skeleti tapılıb.

Oxu.Az ARB Aran telekanalına istinadən xəbər verir ki, heyvan skeleti evdə təmir işləri aparılarkən aşkar olunub. Kənd sakinlərindən birinin bildirdiyinə görə, heyvanın sümüyünün bir hissəsində qalan dəri parçası onun yaxın zamanlarda öldüyünə dəlalət edir.

Burada əsas diqqət çəkən məqam isə onun qabaq ayaqlarının olmamasıdır. Alt və üst çənədəki ön dişlərdən onun yırtıcı olması da ehtimal edilir. Lakin ayağın pəncə hissəsində caynaqlar yoxdur. “Əvəlcə evdən qoxu gəlib. Döşəməni sökəndən sonra görüblər ki, orada bir heyvan skeleti var” deyə Beyləqan rayonunun Aşıqalılar kənd sakini Baxış Novruzov vurğulayıb.

Sakinlər bildirirlər ki, bu günə qədər kənd ərazisində belə bir forması olan heyvana rast gəlməyiblər. Buna görə də onun hansı heyvan olduğunu müəyyənləşdirmək çətindir. Beyləqan Rayon Baytarlıqİdarəsindən verilən məlumata görə skeletin uzunluğu 30 santimetrdir. Onun iki arxa ətrafı,14 cüt qabırğası, 7 boyun, 14 döş, 7 bel, 9 büzdüm fəqərəsi var.

İdarədən verilən məlumata görə, aşkar edilən skelet barədə daha dəqiq sözü yalnız mütəxəssislər deyə bilərlər.


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *