Ağstafada qəribə buzov doğuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Foto

Ağstafada qəribə buzov doğuldu – FOTO

Ağstafada qəribə buzov doğuldu


Ağstafada doğulan buzov onu görənlərdə təəccüb doğurur.

ANS PRES-in Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, Ağstafanın Dağ Kəsəmən kənd sakini Mahal Mansurovun Ukraynadan aldığı cins inəyin 4-cü dəfə dünyaya gətirdiyi balası quyruqsuz olub.

Uzun illərdir mal-qara saxlayan kənd sakini ilk dəfədir bu cür hadisə ilə üzləşdiyini deyir. 2 ay öncə doğulan heyvan rahat şəkildə hərəkət edir və digər buzovlardan seçilmir.

Sakinlər buzovun gələcəkdə quyruğu olmadan yaşamasının heyvan üçün müəyyən çətinliklər yaradacağını bildirirlər. Mütəxəssislər isə bu cür halların genetik modifikasiya zamanı baş verdiyini bildirirlər.
Qeyd edək ki, bir neçə ay öncə də rayonun Qarahəsənli kəndində analoji hadisə baş verib.

Ağstafada qəribə buzov doğuldu
Ağstafada qəribə buzov doğuldu

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *