Qəribə təsadüf: bu gün doğulan rus yazıçısı bu gün də öldü » AzNews.info -Xəbər portalı

Qəribə təsadüf: bu gün doğulan rus yazıçısı bu gün də öldü

Qəribə təsadüf: bu gün doğulan rus yazıçısı bu gün də öldü


Görkəmli rus yazıçılarından biri dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, məşhur rusiyalı yazıçı Valentin Rasputin gecə saatlarında Moskvada xəstəxanada vəfat edib. Bu barədə onun nəvəsi Antonin mətbuata xəbər verib.

“Dörd gün komada oldu. Cənazəsinin harada torpağa tapşırılacağı barədə qərarsızıq. Moskvada, yada çox güman ki, İrkutskidə olacaq”, - deyə yazıçının nəvəsi bildirib.

78 yaşlı ruz yazıçısı sağlığında klassik adlandırılan müəlliflərdən biridir. Onun "Mariya üçün pul" (1967), "Son möhlət" (1970), "Fransız dili dərsi" (1973), "Yaşa və xatırla" (1974), "Matyora ilə vida" (1976), "Yanğın" (1985) və başqa povestləri Rusiya mətbuatında ədəbi hadisə kimi qiymətləndirilib.

Yazıçı İrkutskidə yaşayıb yaradırdı.

Onu da qeyd edək ki, Rasputin 1937-ci ilin bu günü İrkutsk vilayətində dünyaya göz açıb. O, son illərdə iki ağır itki yaşayıb: 2006-cı ildə qızlarından biri avtomobil qəzasında, 2012-ci ildə isə həyat yoldaşı ölüb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *