DİN: Sumqayıtda özünü yandıran şəxsin 43 min manat cəriməsi var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

DİN: Sumqayıtda özünü yandıran şəxsin 43 min manat cəriməsi var

DİN: Sumqayıtda özünü yandıran şəxsin 43 min manat cəriməsi var


Sumqayıtda Dövlət Yol Polisinin binası qarşısında intihara cəhd hadisəsi baş verib.

Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 6-da saat 17 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində Sumqayıt ŞPİ DYPŞ-nin inzibati binasının yaxınlığında Abşeron rayonunun Pirəkəşkül qəsəbə sakini Cəmil Məmmədov intihar məqsədilə benzinlə özünü yandırıb.

Qol və sinə nahiyəsindən yanıq xəsarətləri almış C.Məmmədov xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalar zamanı C.Məmmədovun sürücülük vəsiqəsinin olmaması, idarə etdiyi “NAZ Lifan” markalı avtomobilində görünüş dairəsini məhdudlaşdıran əlavə avadanlığın quraşdırılması və barəsində tərtib olunmuş 463 ədəd elektron protokola əsasən, 43000 manat məbləğində cəriməsinin olması müəyyən edilib, avtomobil bu səbəbdən Sumqayıt ŞPİ DYPŞ-nin müvəqqəti duracağına yerləşdirilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *