Sumqayıtda maaşa görə özünü yandıran şəxslə bağlı cinayət işi açıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Sumqayıtda maaşa görə özünü yandıran şəxslə bağlı cinayət işi açıldı

Sumqayıtda maaşa görə özünü yandıran şəxslə bağlı cinayət işi açıldı


Sumqayıtda maaşını ala bilmədiyinə görə intihar etdiyi deyilən şəxsin işi ilə bağlı cinayət işi açılıb.

Oxu.Az xəbər verir ki, Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, iyulun 24-də 1955-ci il təvəllüdlü Əliyev Məhəmməd Müzəffər oğlunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində üstünə neft məhlulu tökərək yanıq xəsarətləri ilə xəstəxanaya daxil olması və aldığı yanıq xəsarətlərindən iyulun 27-də orada vəfat etməsi faktı ilə bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilməklə, M.Əliyevin intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, mərhumun bacısı Zemfira Əliyeva mətbuata açıqlamasında qardaşının özünü yandırmasına səbəb kimi 7 ildir işlədiyi inşaat şirkətindən son 6 ayda maaşını ala bilməməsini göstərmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *