“Tax Free” ilə bağlı internet saytı istifadəyə verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Tax Free” ilə bağlı internet saytı istifadəyə verildi

“Tax Free” ilə bağlı internet saytı istifadəyə verildi


Vergilər Nazirliyinin müvafiq əmri ilə “Tax Free” sisteminin bütün zəruri məlumatlarını özündə əks etdirən və domen adı “www.taxfree.az” olan internet saytı yaradılıb.

Oxu.Az-a nazirlikdən verilən məlumata görə, www.taxfree.az saytına keçid Vergilər Nazirliyinin www.taxes.gov.az və www.e-taxes.gov.az internet saytlarında və sosial şəbəkələrdəki rəsmi səhifələrdə yerləşdirilib.

Azərbaycanda “Tax Free” sistemi haqqında bütün zəruri məlumatları özündə əks etdirən www.taxfree.az internet səhifəsi Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.

“Tax Free” ilə bağlı internet saytı istifadəyə verildi


Bu resurs vasitəsi ilə istifadəçilər ilk öncə Azərbaycan haqqında, o cümlədən ölkəyə gəlmək istəyən əcnəbi vətəndaşlar onlara gərəkli olan bütün məlumatlarla (məsələn, elektron turist vizaları barədə) tanış olma imkanı əldə edə bilərlər.

Səhifədə “Tax Free” sisteminin Azərbaycandakı özəllikləri barədə, bu sistemi tənzimləyən qanunvericilik aktları, normativ sənədlər barədə hər üç dildə ətraflı məlumat almaq mümkündür.

İstifadəçi rahatlığını təmin etmək üçün alıcı və satıcılara aid xüsusi bölmələr yaradılib. Belə ki, “Tax Free” sistemindən yararlanmaq istəyən alıcılar ƏDV-nin qaytarılması şamil olunmayan mallar, “Tax Free” stikeri olan mağazalarda malların satışının rəsmiləşdirilməsi, ƏDV-nin geri qaytarılması, habelə “Tax Free” sisteminə qoşulmuş ticarət obyektləri barədə məlumatlana bilərlər.

“TaxFree” sistemini öz ticarət obyektlərində tətbiq edən satıcılar isə bu sistemə qoşulmaq üçün zəruri olan tələblər, qeydiyyat və qeydiyyatın ləğv olunma prosesi, öz mağazalarında malların satışının rəsmiləşdirilməsi, habelə Vergilər Nazirliyinin İnternet vergi idarəsi portalındakı “Tax Free” bölməsindən istifadə təlimatı ilə tanış ola bilərlər.

“Tax Free” ilə bağlı internet saytı istifadəyə verildi


Səhifədə həm də ölkə üzrə “Tax Free” sisteminə qoşulmuş bütün ticarət obyektləri barədə məlumatla (obyektin adı, yerləşmə ünvanı) ətraflı tanış olmaq mümkündür.

ƏDV-nin qaytarılması, o cümlədən ölkə ərazisindəki hava limanlarında “Tax Free” məntəqələri barədə ətraflı məlumatlar isə “TAX REFUND” bölməsində yer alır. Alıcıların rahatlığını təmin etmək üçün daha bir imkan –“Tax Free Kalkulyatoru” da hazırlanaraq istifadəyə verilib.

Qeyd edək ki, “taxfree.az” səhifəsindən başqa, Azərbaycanda “Tax Free” sistemi barədə lazımlı məlumatları istifadəçilər həm “Facebook”, həm də “Twitter” sosial şəbəkələrində yaradılmış rəsmi səhifələrdən də ala bilərlər.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *