Azərbaycanda “Tax-free” sisteminin müvəkkil bankı seçildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanda “Tax-free” sisteminin müvəkkil bankı seçildi

Azərbaycanda “Tax-free” sisteminin müvəkkil bankı seçildi


AzNews.info Report-a istinadən xəbər verir ki, Vergilər Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müvəkkil bank kimi “Bank Silk Vey” ASC-ni seçib.

Xatırladaq ki, “Tax-free” sisteminin tətbiqinə ilk olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda başlanması nəzərdə tutulub. Banklar arasında seçim edilərkən “Bank Silk Vey“in hava limanında 2 saylı filialının və 1 saylı şöbəsinin fəaliyyət göstərməsi əsas götürülüb.

Əldə edilmiş razılaşmaya görə, Bank xarici vətəndaşlara ödəniləcək məbləğin 20%-ni xidmət haqqı kimi tutacaq.

Qeyd edək ki, “Tax-free” sistemi yaşı 14-dən çox olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycana səfər edərkən alış-veriş zamanı ödədiyi məbləğin bir hissəsinin (əlavə dəyər vergisinin - ƏDV) onlara geri qaytarılmasını nəzərdə tutur.

Bununla bağlı qayda Prezident İlham Əliyevin iyulun 12-də imzaladığı Fərmanla təsdiq edilib. Fərmana əsasən, müvəkkil bank 15 gün ərzində müəyyən edilməli idi.

“Tax-free” sistemini yalnız ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş mağazalar həyata keçirə bilərlər. Bununla yanaşı, həmin obyektlər pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalı, təsərrüfat subyektində nəzarət-kassa aparatı və POS-terminal qurulmalı, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi olmamalıdır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *