Siyəzəndə iki yol qəzası baş verib: Ölən və yaralananlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Siyəzəndə iki yol qəzası baş verib: Ölən və yaralananlar var

Siyəzəndə iki yol qəzası baş verib: Ölən və yaralananlar var


Siyəzən rayonunda bir gün ərzində iki yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, qəzalardan biri rayonun Gilgilçay kəndinin ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Elbrus Hasilov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçmək istəyən Şabran şəhər sakini Güldəstə İsmayılovanı vurub. Nəticədə G.İsmayılova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Digər yol-nəqliyyat hadisəsi də eyni vaxtda həmin kəndin ərazisində qeydə alınıb. Belə ki, Şabran şəhər sakini Davud Şərifovun idarə etdiyi “Samand Soren” markalı avtomobillə, Siyəzən şəhər sakini Mübariz Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə “Samand Soren”nin sürücüsü D.Şərifov hadisə yerində ölüb.

Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *