Rövnəq Abdullayev: “Avro-2020” yüksək səviyyədə keçiriləcək
AFFA prezidenti Rövnəq Abdullayev Avropa kuboklarının final matçlarının Bakıda keçirilmə variantına münasibət bildirib.
Aznews.info xəbər verir ki, Report-un məlumatına görə, R.Abdullayev jurnalistlərə açıqlamasında “Avro-2020”-dək bir neçə böyük futbol yarışını Azərbaycan paytaxtında keçirməyə çalışacaqlarını deyib.
“Biz “Avro-2020” üçün peşəkar sifariş hazırlamışdıq. Həmin sifariş Londondan sonra ikinci yerdə idi. Razılaşmaq lazımdır ki, UEFA bütün turnirləri eyni dövlətə vermir. Son illərdə Bakıda bir neçə böyük futbol yarışı keçirilib. İndi də “Avro-2020”-yə hazırlaşırıq. Amma çalışacağıq ki, bunadək bir neçə tədbiri də Bakıda keçirək" deyə AFFA prezidenti vurğulayıb.
Milli assosiasiyanın rəhbəri 4 oyunu Bakıda keçiriləcək “Avro-2020”-nin təşkilatçılığından da danışıb:
“Dövlətimizin bu sahədə böyük təcrübəsi var. İndiyədək böyük tədbir və yarışlar keçirmişik. “Avro-2020” də belə yüksək səviyyədə keçiriləcək”.
Mənbə:> Report.az