“Nəticədən narazıyam”- Rövnəq Abdullayev
"Pis çıxış etmədik, ancaq qələbə qazanmadıq".
AzNews.info-nun report-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Federasiya prezidenti Avro-2016-nın təsnifat mərhələsində səfərdə Malta ilə keçirilən qarşılaşma haqda bunları deyib:
"Düşünürəm ki, biz bu gün 2 xal itirdik. Qələbə qazanmaq lazım idi. Nəticədən narazıyam. Yaxşı şansımız vardı, amma qələbəni əldən verdik".
Mənbə:> Report.az