Dünyanın ən nüfuzlu pasportları » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Dünyanın ən nüfuzlu pasportları – REYTİNQ

Dünyanın ən nüfuzlu pasportları


ABŞ konsaltinq şirkəti “Arton Capital” Beynəlxalq Hava Nəqliyyatı Agentliyi və digər mənbələrin əsasında dünyanın ən güclü pasportlarının reytinq cədvəlini hazırlayıb. hesabatda əsas meyar kimi vətəndaşların müxtəlif ölkələrə vizasız və ya vizanı rahat əldə edərək getmə imkanı götürülüb.

Oxu.Az şirkətin saytına istinadən xəbər verir ki, Azərbaycan pasportu dünyanın ən güclü pasportları reytinqində 125-ci sıradadır. Azərbaycan vətəndaşları 62 ölkəyə vizasız səfər edə bilər.

Reytinq cədvəlinə Almaniya və İsveç liderlik edirlər. Bu dövlətlətlərin vətəndaşları dünyanın 158 ölkəsinə vizasız səfər edə bilərlər. İkinci yeri Finlandiya, Fransa, İsveçrə, İspaniya və Böyük Britaniya bölüşdürürlər. Bu ölkələrin sakinləri 157 ölkəyə vizasız gedə bilərlər.

Qonşularımızdan Rusiya 82-ci (104 ölkə), Türkiyə 86-cı (103 ölkə), Gürcüstan 113-cü (68 ölkə), Ermənistan 132-cidir (60 ölkə).

İlk onluq:

1. Almaniya - 158

2. İsveç -158

3. Finlandiya -157

4. Fransa – 157

5. İsveçrə - 157

6. İspaniya -157

7. Böyük Britaniya -157

8. Danimarka -156

9. İtaliya -156

10. Hollandiya -156

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *