Gəncədə 20 yaşlı gənc 50 yaşlı kişini öldürdü
Gəncədə qətl hadisəsi törədilib.
AzNews.info APA-ya istinadən xəbər verir ki, hadisə ötən axşam şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.
Şəhər sakini 1966-cı il təvəllüdlü Əbülfət Quliyev mübahisə zəminində 1996-cı il təvəllüdlü Səmral Hüseynzadə tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Mənbə:> APA