Samiraldo: "Mən kişiyəm! Mənə necə deyə bilərsiniz ki, sən kişi deyilsən?!"
AzNews.info tanınmış stilist, Samiraldo kimi tanınan Samir Əliyevin ANNTV-yə verdiyi müsahibəni təqdim edir:
- Samir, bizə uşaqlıq, gənclik illərindən, şou-biznesə gəlişindən danışardın.
- Mən Moskvada doğulmuşam. SSRİ zamanında orada yaşamışıq. Anam diplomat, atam baş mühəndis idi. Yaradıclıq bacarığını atamdan almışam. Eleqantlıq və zövq baxımından isə anama oxşamışam. Elə alındı ki, həyatım dəyişdi. Valideynlərim məni atdılar və mən internatda, uşaq evində böyüdüm. 16 yaşıma çatanda uşaq evini tərk etməli idim. Özümə iş tapmalı və pul qazanmalı oldum.
- İnternat həyatı deyərkən, ağlımıza yaxşı heç nə gəlmir. Cəmiyyətin əksəriyyəti düşünür ki, internat aləmi narkotik və pis adamlarla ünsiyyət deməkdir. Bəlkə də SSRİ-də başqa cür olub. İstərdik orada yaşanan həyatın nə olduğunu sənin dilindən öyrənək.
- Mənim uşaqlığım saysız-hesabsız travmalarla keçib. Çoxlu mənəvi zrbələr almışam. İnsanlar məni anlamırdılar. Niyə yaşadığımı, nə üçün doğulduğumu başa düşmürdüm. 7 yaşıma çatanda gördüm ki, tələdəyəm və buradan çıxmalıyam. Yəni mən anladım ki, təkəm, həyatda heç kimim yoxdur. Mən ya yaşamalı ya da ölməli idim.
- Uşaq evində birgə böyüdüyünüz adamlarla bu gün də münasibət saxlayırsınız?
- O evin ən zəif sakini mən idim. Ən güclümüz isə indi yoxdur. Həbsə düşəni, vəfat edəni və ruhi xəstəxanda olanı var. Bu gün görünür ki, o evin ən güclü sakini elə mənimişəm. Biz 5 dost idik. Onlardan yalnız mən ayaq üstə dura bildim. İnternatdan çıxan insanlar bu cəmiyyətdə itib-batırlar. Evdən çıxan uşaqlar bir anın içərisində insanlar arasına düşürlər, heç kəs onları qəbul etmir. Onlar bilmir ki, hara getsinlər Həmin insanlar heç bir yerə qəbul etmirlər, işə götürmürlər. Mən internat evindən çıxandan sonra uzun müddət tikiş fabrikdə çalışdım. Aylarla maaş almasam da. Işimi sevirdim. Mən səhərlər oxuyurdum, günorta fabrikdə, axşam isə çörək sexində çalışırdım. Bir parça çörək qazanmaq üçün un daşıyırdım və müxtəlif əziyyətlərə qatlaşırdım.
- Həmin dövrdə daha nələr yaşadınız?
- Mən bir gözəl qıza aşıq olmuşdum. Adı Marina idi. O hər səhər dərsə gedəndə onun arxasında düşürdüm. Oxuduğu ali məktəbin qarşısında dayanaraq, onun dərsdən çıxacağını gözləyirdim. Qiz da bunu bilirdi. Bir gün isə qardaşı yaxınlaşdı Elə orada bitdi bu məhəbbət.
- Nə vaxtsa ailə həyatı qurmaq barədə düşünmüsən?
- Düzünü desəm, heç vaxt bu barədə düşünməmişəm. Mənə tək yaşamaq daha xoşdur. Ailə böyük və ali bir məfhumdur. Mən şou biznesdəyəm və ailə qurmaq mənim üçün təhlükəlidir. Bəlkə nə vaxtsa ailəm olacaq. Amma bu haqda heç kim bilməyəcək.
- Dünənə qədər səni bəyənməyən adamlar bu gün 200 min instagram izləyicilərinin sırasındadırlar. Büyük şirkətlər sənə pullar ödəyir ki, onları reklam edəsən. Dediyin sözlər inanılmaz dərəcədə məşhurlaşır, insanların dilinə düşür. Bu da sənin uğurundur. Bunu necə bacardın?
- Bizim marketoloq və pr menecerlər ciddi adamlardır. Ancaq etiraf edək ki, ciddi ideyalar uğur gətirmir. Mən 20 ildir stilist olaraq çalışıram. Amma səmimi deyim ki, bu işdən çox pul qazana bilmirəm. Çünki insanlar düşünür ki, niyə mənim xanmım bəlli olmayan bir insanın yanına getməlidir. Bir çoxları barəmdə yaxşı sözlər danışmırdı və indi də danışmırlar. Burada artıq namus-qeyrət söhbəti gedir. Mən 20 ildir çalışıram və öz işimi peşəkar şəkildə bacarıram. Ancaq adamlar yanıma gəlməyə qorxurlar. Mən pul qazanmaq üçün çox yollar düşündüm. Məsələn, hər hansı bir verilişdə qonaq oluram, partladıram. Nəticədə isə sadəcə televiziyalar qazanır, mən yox. Məhz buna görə sosial şəbəkədə bir pəncərə açdım- "Samiraldonun bir günü" adı altında. İnsanlar başladı maraqlanmağa. O Samiraldonun bir gününü necə keçməsi hər kəsə maraqlı gəldi. Mən bu addımı atanda pul qazanmağı düşünmürdüm. Bilmirdim ki, məhz bundan sonra məni müxtəlif mağazaların, restoranlarının açılışına dəvət edəcəklər. Məni Moskvada da belə tədbirlərə dəvət edirdilər və mən bundan kifayət qədər yaxşı qonorar alıram. Mənim dediyim sözlər insanların dilinə düşdü.
- Məşhurlaşmadan öncəki həyatınızla bu günki arasında fərq varmı?
- Əlbəttə var. Mənə bu gün daha çox hörmət edirlər. Getdiyim dükanlar mənə hədiyyələr edirlər. Əynimdə gördüyünüz kostyumun 3 min manat qiyməti var ki, onu da hədiyyə ediblər.
- Orientasiyan barədə sual vermək istəyirəm. 40 yaşın var. Özünü kişi ya qadın kimi hiss edirsən?
- İnsanlar deyir ki, mən kişi deyiləm. Əlimdə hazırda stəkan saxlamışam. Siz ona banka deyə müraciət edə bilərsiniz? Mən kişiyəm! Mənə necə deyə bilərsiniz ki, sən kişi deyilsən? Mənim necə geyinməyimin, özümü necə aparmağımın heç kimə dəxli yoxdur. Kimsə deyə bilməz ki, Samir qadındır. Bu, Allaha ağır gedər. Ona görə də mən belə sözlərə fikir vermirəm. Çünki bilirəm ki, kiməm. Mən istəsəm ən klassik kişi kostyumu geyinərəm, istəsəm başıma ləçək düzərəm. Bu mənim obrazımdır. Məqsəd gündəmdə qalmaqdır. Samir hər zaman kişi kimi yaşayıb. O vaxt kimdənsə pul dilənməyib, narkotik istifadə etməyib, alfons olmayıb, oğurluq etməyib, heç kimin cibinə girməyib, dələduzluq etməyib və hər zaman öz halal çörəyin qazanıb. Deməli, Samir kişidir.
- Həyatınızda kimisə döymüsünüz?
- Əlbəttə! Döymüşəm də, döyülmüşəm də. Bu günlərdə biri məni təhqir etdi. Onu kücənin ortasında tutub, döydüm. O da şokda idi. Özüm də qəribə hiss keçirdim. Düşündüm ki, onu niyə belə bərk döydüm!? Məndə bəzən belə məqamlar oldu. Qəzəbləndimsə, həmin adamı cəzalandırıram.
- Samir, heç düşünmüsən ki, bir gün həyatda sahib olduğun hər şey yox olar? Və insanların sənə maraqğı azalar...
- Xeyir, mən bundan qorxmuram. Çünki mən illərlə qalxmışam. Həyatda düşdüyüm anlar da olub. Ancaq mən düşə-düşə dincəlirəm. Və anlayıram ki, yenidən, daha möhkəm qalxmalıyam. Bu illərlə davam edir. Bütün hallarda məqsəd, yaşamaqdır və Allahın verdiklərini, aldıqlarını görməkdir.
-Sirr deyilsə, nə qədər pul qazanırsan?
- Mən heç bilmirəm nə qədər pul qazanıram. Çünki həddindən artıq çox pul xərcləyirəm. Mənim PR menecerim mənə irad tutur ki, aylıq libaslara xərclədiyin pullar böyük məbləğ edir. Mən ayda təxminən 10 libas alıram, onların hər birini təxminən 2 min avroya başa gəlir. Libaslarım xüsusi olaraq Londonda tikilir. Hər hansı bir məkanın açılışına getməyin 500 manatdan başlayır. Bu qiymət məkandan asılı olaraq dəyişir.
Mənbə:> ANNTV