“Mənim atam çox sevinir ki, mən modeləm və hər yerdə şəkillərim var” - Ramina Abasova » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Dəb, Foto

“Mənim atam çox sevinir ki, mən modeləm və hər yerdə şəkillərim var” - Ramina Abasova – FOTO

“Mənim atam çox sevinir ki, mən modeləm və hər yerdə şəkillərim var” - Ramina Abasova


Uzun zamandır fasilə verdiyimiz “İşdən sonra” rublikamızı yenidən işə saldıq. Çünki, oxucularımız bəzi tanınmışlar haqqında yenilikləri öyrənmək istəyirdilər. Biz də onları intizarda buraxmamaq üçün, başladıq fəaliyyətə.

Sorğumuz gələn cavablar içərisində ən çox adı çəkilən, son zamanlar gündəmdən düşməyən və cazibədarlığı ilə digər həmkarlarından daima öndə olan model Ramina Abasova oldu. Biz də başladıq söhbətləşməyə.

7News.Az olaraq Ramina ilə müsahibəmizi təqdim edirik.

- Son 1 ildə daha çox məşhurlaşdın. Bir növ brendə çevrildin. Bunu necə etdin?

Bəli qeyd etdiyiniz kimi son 6 ayda mən bir neçə uğurlu layihə ilə yadda qaldım.Onu da qeyd edim ki, bu müddət ərzində aktrisa kimi də özümü sınadım. Məşhur aparıcı Şəhriyar Əbilovla 2 ay ATV-də yayımlanan “Kişi klubu” proqramında oldum.

Sonra açılışlara, tədbirlərə fəxri qonaq kimi, məşhur sima kimi dəvət alırdım. Gəlinlik geyimi sferasında da özümü sınamışam. Ancaq istəyirəm ki, məni “fashion” model kimi tanısınlar. Ona görə də gəlinlik geyimində çalışan model xanımlarımıza demək istəyirəm ki, özlərini başqa sferalarda da sınasınlar. Şəkillərdən gördyünüz kimi mən dünya brednləri İrina Şeyk, Adriana Lima kimi başqa temalarda oluram.
Sizə onu da deyim ki, Murad Dadaşov məni “Maşın” şouya fəxri qonaq kimi dəvət etdi. Bundan başqa stilist Anar Atakişiyevlə işlədim. Bəzi məşhur markalı parfümeriyalar üçün brend model kimi işləmişəm. Sonra fotosessiya studiyasında da sima kimi çalışmışam. Orada kliplərdə, reklamlarda, fotosessiyalarda çəkilirəm. Əlbəttə ki, bunlardan sonra mən tanındım və istəyirəm ki, digər modellər kimi məni model Ramina, Raminiçka kimi yox, məhz brend ad Ramina Abbasova kimi tanısınlar. Bu mənə çox xoşdur.

- Ümumiyyətlə çəkilişlərinin çoxunda seksual, ehtiraslı pozalara üstünlük verirsən. Buna səbəb nədir?

Doğrudur. Çox vaxt belədir (gülür). Mən öz fiqurama hər zaman diqqət etmişəm. Bilirəm ki, bacarıram. Avropada yaşasaydım bəlkə də belə şeylərə fikir verməzdim. Ancaq burada bəzi limitlər var. Hal-hazırda bikinidə fotosessiyalar etdirməsəm də, Avropada yaşasaydım çəkdirərdim. Mən xarici modelləri izləyirəm və çox bəyənirəm. Əlbəttə ki, bizim mentalitet bunu götürmür, ona görə çəkilə bilmirəm. Açığı deyim ki açıq-saçıq fotosessiya etdirməyi bacaran model çox azdı. Mən bacarıramsa, camaat baxıb bəyənirsə mənim üçün çox xoşdur..

- Çəkilişlərdə öz ideyan olurmu, yoxsa fotoqrafların dediyin pozalarda durursan?

Açığını deyim ki, 6 ildir ki bu sferadayam. Onun son 3 ilində özüm qərar verirəm fotosessiyalarıma, geyimlərimə, libaslarıma. Hətta mən məşhur fotoqraf Samirlə yaxın dostam. O deyir ki, Ramina sən necə istəsən mən onu da çəkəcəm, çünki sənin zövqün superdi. Mən fotoqrafla işləyəndə istəyirəm həmişə fərqli obrazda olum. Xoşlamıram həmişə standart formada qalım. Həmçinin sizə verəcəyim fotosessiya da tam fərqli olacaq. Təkrarı sevmirəm. Düzdür sifariş olsa təkrar geyimdə, pozda çəkilirəm. Amma belə mən hər zaman ideya fikirləşirəm saçımda, makiyajımda, libasımda. Nə vaxt ki, mən çalışdığım stilistlə, fotoqrafla öz ideyamla iş görürəm o partlayış edir. Onu deyim ki Yeni ildə qar qız şəkillərimə 33 min nəfər baxış olmuşdu. Bu da məncə az deyil. Ancaq adam demək istəmir (gülür)

- Özün demişkən qar qız, dovşan geyimindəki fotosessiyalarında açıq-saçıqlıq, dekolitelik çox idi. Bununla bağlı sənin ailəndə problem yaşanırmı?

Yox, çünki bizim ailə çox müasir ailədi. Hətta onlar belə şeyləri Avropada da izləyirlər. Mənim atam məni bikinidə də çəkilməyə icazə verir. Deyir ki, hər kəs bu geyimdə çimərliyə gedir, burada nə var ki?! Ona görə də problem yoxdu. Mən fiquramı bəyəndiyim üçün, bacardığım üçün bu işi edirəm. Evdəkilər də şükür Allaha məni başa düşürlər, heç bir problem yoxdu, belə şeyə pis baxmırlar. Hətta valideynlərim mənə müəllimlik edirlər. Atam yüksək ali təhsil alıb,mühəndis işləyir. O deyir ki, mənim üçün xoşdu ki. mənim qızım şəkilləri jurnallarda var. O, heç vaxt utanmır ki, mən modeləm. Əksinə, sevinir, həm də “google”a girib şəklimi bəyənir və mən sevinirəm ki, atam mənlə bu cür dost münasibətindədir. Mən fikirləşirəm ki, ailə quracağım oğlan və ya onun valideynləri mənim bu işimə pis baxsalar, deməli mənə uyğun deyillər.

- Ailə qurmaq demişkən özün də bilirsən ki gələcəkdə sənin ailə qurmağında bununla bağlı söz-söhbət olacaq.

Bilirəm.

- İlk baxışdan insanlara xoş münasibət bəsləmir. Yəni, bunun qarşısını necə almaq fikrin var?

Mən açıq deyəcəm. Mənim həyatımda elə insan olmalıdır ki, məni atam, anam kimi başa düşsün. O deyəcək ki, “çəkilişə getmə, mini ətək geymə”. Təbii ki, bu mənə uyğun gəlmir. Mən etirazımı bildirəcəm. Çünki qısqanc insanları sevmirəm. Həmçinin mənim dostlarımın çoxu oğlanlardı. Mən necə deyəcəm ki, onlarla görüşmürəm, salamlaşmıram, öpüşmürəm. Ona görə mən həmişə deyirəm ki, mənə qarşı qısqanc olmuyun.

- Bəs özün qısqancsan, yoxsa yox?

Yox, mən ümumiyyətlə qısqanc insan deyiləm. Mən əgər kiminləsə münasibət qursam da qısqanc olmayacam. Onun yanında mənim kimi gözəl, ağıllı qız olandan sonra o nəyə görə də başqasına baxsın (gülür). Bununla belə, o başqasına tamah salsa deməli o, “babnik”di onu nece düzədə bilərəm ki?! Orası artıq mənlik deyil (gülür).

-Kifayət qədər tanınmış sima olmusan. Ümmiyyətlə şəhərə, insanlar çox olan ərazilərə çıxanda tanıyanlardan yaxınlaşanlar çox olur, yoxsa yox?

Əlbəttə ki, olur. Açığını deyim şəhərə heç vaxt tək çıxmıram. Çünki mən tək çıxanda çox oğlan mənə yaxınlaşır. Nömrəmi istəyir, şəklimi istəyir və s. Amma fanatlarım məni intagramda, periskopda görmək istəyəndə təbii ki, mən onlara harada olacamsa, deyirəm. Buyurun gəlin, şəkil çəkdirəcəm. Amma şəhərdə “padxod” edəndə yox təbii ki. Ona görə də mən həmişə dostlarımla çıxıram ki, məni narahat etməsinlər.

- Hal-hazırda arzuladığın pilləyə çatmısan yoxsa hələ davam?

Mən elə bir insanam ki, heç vaxt bir yerdə dayanmıram. İstəyirəm ancaq yüksəklərdə olum.

- Yaxşı çatmaq istədiyin nöqtə haradır?

İnşallah bu il çox işlər görəcəyəm və siz də görəcəksiniz ki mən harada olacam.

- Sırf yeniliklərdən danışaq. Məsələn hansısa bir yeniliyə imza atmaq istəyirsən ancaq buna mane olacaq nə isə var. Ümumiyyətlə belə hal varmı?

Bəli hərdən olur. Biirsiniz nəyə görə alınmır? Əsasən vaxta görə. Hərdən mənə deyirlər ki, Ramina “youtube”da adına səhifə aç, videoların olsun orada. Mən də belə şeyləri sevmirəm.Amma onu da deyim ki, yaxın zamanlarda bir video olacaq, lakin orada mən danışmayacağam, hərəkətlərlə yadda qalacağam. Hansı hərəkətlər? Bunu özünüz görəcəksiniz. Azərbaycanda birinci model olacaq ki, bunu bacardı və bunu elədi.

- Yaxşı, Ramina sırf çılpaq fotosessiya elətdirərsən?

Bakıda yox. Bakıdakı fotoqraflarla yox.

- Nə qədər pul təklif eləsələr sırf işin üçün bunu edərsən?

Azərbaycanda ümumiyyətlə etmərəm.

- Nə üçün? Mentalitetə görə yoxsa?

Bizim mentalitetə görə, həm də elə biləcəklər bizim fotoqraflar çəksələr başlayacaqlar. Amma başqaları çəksələr deyəcəklər super. Bizim hansısa model belə şeylərə çəkilsə deyəcəklər bu nədi belə. Ancaq xaricilərdə heç tanınmamış model də bıçaqla, pişiklə şəkil çəkirən kimi deyirlər superdi. Ona görə də təəssüf ki, bizdə yox.

- İstəyirsənmi, bunu ikinci işin kimi davam etdirəsən. Yəni ki, başqa işdə işləyə-işləyə modelliyə də hobbi kimi davam eləyəsən.

Hə, əlbəttə ki.

- Bəs özünü ölkədən kənarda, modelliyin məşhur olduğu ölkələrdə sınamaq istəyərsən?

Düzünü desəm yaxşı təklif olsa dəyərləndirərəm. Ancaq burada bəzi problemlər var. Atam deyib ki, neynirsən elə amma Bakını tərk etmə. Onu da başa düşürəm evin tək uşağıyam. Əgər alınsa istəyərəm. Amma alınmasa da burada nə qədər bacarıram davam eləyərəm. Həm də bilirsiniz ki, mən oxuyuram. Ondan sonra da yaş artdıqca mən də dəyişəcəm. Əgər Ramina Abasova brend kimi qalacaqsa adıma bir obyekt açaram.Ya salon, ya mağaza və s. Nə isə brend bir şey. Mən elə-belə öz adıma görə işləmirəm ki?!

- Mən bilirəm ki, Raminanın bu sənətə gəlməyində Orxan Rəhmanlının böyük əməyi var.Bilirəm ki, dostluğunuz da bu dəqiqə davam edir.

Əlbəttə ki.

- Orxan əgər səni ilk dəfə çəkməsəydi, model olmasaydın hansı sənətə yiyələnmək istəyərdin?

Botanik olardım. Daha eynəkli, saçı dağılmış şəkildə özünə baxmayan qız kimi yox (gülür). Bundan başqa əgər model olmasaydım tarixlə əlaqədar çalışardım. Müəllim işləyərdim. Elə bir adamam ki, boş oturmağı sevmirəm. 3 dil bilirəm azərbaycan, rus, ingilis. Demiyəcəm ki, fransız dilini bilirəm çünki onu orta səviyyədə bilirəm. Amma istəmişəm kursa gedib fransız, ispan dillərini öyrənim. Sonra Misir piramidaları haqqında çox şey örgənmək istəyirəm.Yunan və roma mifləri haqqında məlumatım kifayət qədərdir, yəni nə isə sualınız olsa cavablandıraram.

“Mənim atam çox sevinir ki, mən modeləm və hər yerdə şəkillərim var” - Ramina Abasova
“Mənim atam çox sevinir ki, mən modeləm və hər yerdə şəkillərim var” - Ramina Abasova
“Mənim atam çox sevinir ki, mən modeləm və hər yerdə şəkillərim var” - Ramina Abasova
“Mənim atam çox sevinir ki, mən modeləm və hər yerdə şəkillərim var” - Ramina Abasova
“Mənim atam çox sevinir ki, mən modeləm və hər yerdə şəkillərim var” - Ramina Abasova
“Mənim atam çox sevinir ki, mən modeləm və hər yerdə şəkillərim var” - Ramina Abasova

Mənbə: 7news.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *