Nərmin Şamilbəyli: "Öpüşə-öpüşə "barış"a gəldik"
Gənc fəal, yazar və şairə Nərmin Şamilbəyli öz yeni şeirini AzNews.info oxucuları ilə bölüşür:
"Üz-üzə, göz-gözə"
Üz-üzə, göz-gözə
Görüşə gəldik,
Əl-ələ, baş-başa
Sevdaya gəldik...
Taleyin hökmüymüş,
Xəbərimiz yox,
Biz beləcə qəfil
"Görüş"ə gəldik.
Günlər ötüb keçdi, aylar dolandı,
Quşlar qanad açıb göyə dolandı.
Üz-üzə, göz-gözə biz yenə gəldik.
Bu dəfə sən demə döyüşə gəldik.
Taleyin hökmüymüş, xəbərimiz yox..
Bir də ayıldıq ki, zaman dəyişmiş..
Biz yenə üz-üzə, göz-gözə gəldik.
Bu dəfə görüşə deyil, savaşa gəldik.
Qəlbimiz qırıldı, dilimiz çaşdı,
Nazla baxan gözlər yolunu azdı,
Həsrət çəkən ürək alışdı, yandı..
Nələrə qatlandı, nələrə dözdü,
Dodagını büzdü, gözünü süzdü..
Taleyin hökmüymüş, xəbərimiz yox,
Üz-üzə, göz-gözə görüşə gəldik,
Alışa-alışa savaşa gəldik.
Gün gəldi, rastlaşdıq, üz-üzə gəldik.
Amma bu yuxuydu, yuxuya gəldik.
Əllər tutuşmuşdu, qəlblər çırpınmış,
Gözlər baxışmışdı, dillər qurumuş..
Nə gözəl yuxuydu! O an "bariş"a gəldik.
Gəl ki, tez ayıldıq, göz-gözə gəldik.
Bir baxdıq gərçəkmiş, yalan deyilmış..
Üz-üzə, göz-gözə biz yenə gəldik,
Öpüşə-öpüşə "barış"a gəldik,
Qaranlıq gecədən aydın səhərə
Üz-üzə, göz-gözə görüşə gəldik.
Mənbə:> AzNews.info