Qaradağda dərsdə səs salan şagird döyüldü
Qaradağ rayonunun Ələt qəsəbəsində məktəbli uşaq döyülüb.
Oxu.Az xəbər verir ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasından “Report”a bildirilib ki, 16 yaşlı Muradov Mustafa Fazil oğlu kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, 127 saylı məktəbin şagirdi Mustafa Muradovu müəlliminin oğlu döyüb. Hadisə Mustafanın müəllimin dərsində nadinclik etməsi üstündə baş verib.
Mənbə:> Oxu.az