Azərbaycanda yük maşını məktəblini öldürdü
Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 219-cu kilometrliyində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucar rayonunun Təzə Şilyan kənd sakini, 2000-ci il təvəllüdlü İsrailov Mahir Yolçu oğlu yolu keçərkən Bakı istiqamətində hərəkətdə olan, 1994-cü il təvəllüdlü Muradov Sahil Fəxlədər oğlunun idarə etdiyi 57 BA 154 dövlət nömrə nişanlı yük maşını ilə vurulub.
15 yaşlı məktəbli aldığı açıq kəllə-beyin travması nəticəsində hadisə yerində keçinib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Mənbə:> ANSPRESS