Azərbaycanda dərman zavodu tikilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda dərman zavodu tikilir

Azərbaycanda dərman zavodu tikilir


Zavodun sahəsi azad ticarət zonasında ola bilər.

“Azərbaycan-Rusiya birgə dərman istehsalı zavodunun tikintisinə cari ilin sentyabrında başlanacaq”.

AzNews.info xəbər verir ki, bu barədə Trend-ə Rusiyanın “R-Farm” iri əczaçılıq şirkətinin kommersiya direktoru Andrey Burxanov bildirib.

O qeyd edib: “Zavodun sahəsi üçün iki potensial əraziyə baxırıq. Bu, Ələt qəsəbəsindəki azad ticarət zonası və Sumqayıt Kimya-Sənaye Parkıdır”.

A.Burxanovun sözlərinə görə, tikinti işlərinə bu ilin sentyabrında start veriləcək, 2019-cu ilin sonunda isə istehsal layihə gücünə çıxmalıdır.

O əlavə edib ki, ilkin mərhələdə qablaşdırma istehsalının təşkili planlaşdırılır: “İkinci mərhələdə regional distribüter mərkəzi və laboratoriya olacaq. Üçüncü mərhələdə isə dərman vasitələrinin istehsalına başlanılacaq”.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *