Rusiya dərman istehsalçısı Azərbaycana gəlir » AzNews.info -Xəbər portalı

Rusiya dərman istehsalçısı Azərbaycana gəlir

Rusiya dərman istehsalçısı Azərbaycana gəlir


Azərbaycan İnvestisiya Şirkəti “Vita-A” və Rusiyanın “R-Farm” şirkətləri tərəfindən Azərbaycanda əczaçılıq məhsullarının istehsalının təşkili layihəsinin icrasına 70 mln. avro (120 milyon manat) həcmində sərmayənin yatırılması planlaşdırılır.

Oxu.Az “Expert” portalına istinadən xəbər verir ki, Rusiya və Azərbaycan şirkətlərinin əməkdaşlığı nəticəsində “Həyat Farm” adlı müəssisə yaradılacaq. Həmin şirkətin səhmlərinin 45%-i “R-Farm”a, 55%-i isə “Vita-A” şirkətinə məxsus olacaq.

Layihənin biznes-planı təsdiq olunandan sonra isə “Vita-A” səhm payının 10%-ni AİŞ-ə təhvil verəcək.

“Həyat Farm” şirkəti onkoloji terapiya, autoimmun endokrin xəstəliklər, QİÇS/HİV xəstəlikləri, viruslu hepatit və digər xəstəliklərin müalicəsi üçün preparatların hazırlanması ilə məşğul olacaq. Müəssisənin 2019-cu ilə kimi tam gücü ilə işə salınması nəzərdə tutulur.

“IMS Health” beynəlxalq marketinq və konsaltinq şirkətinin MDB üzrə ekspertləri Azərbaycanın Cənubi Qafqaz regionunda ən iri əczaçılıq bazarına sahib olduğunu qeyd edirlər. Azərbaycanda apteklər şəbəkəsinin illik dövriyyəsi 471 mln. dollar təşkil edir.

“R-Farm” isə 2015-ci ilin nəticələrinə görə, Rusiya əczaçılıq bazarının 7,3%-nə nəzarət etməklə RF-nin iri əczaçı distribütorları arasında 7-ci yeri tutur. Şirkətin məcmu satışının həcmi 74 mlrd. rubl (təxminən 1 mlrd. dollar) təşkil edib və bu, illik müqayisədə 7% çoxdur. Şirkətin öz qiymətləndirmələrinə əsasən isə ötən il onun ümumi dövriyyəsi 77 mlrd. rubl təşkil edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *