Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi

Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi


Sentyabrın 15-də Azərbaycan Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərginin açılışı keçirildi.

AzNews.info xəbər verir ki, Tədbiri giriş sözü ilə muzeyin direktoru Şirin Məlikova açaraq bildirdi ki, Azərbaycan Xalça Muzeyi, Muzey Sərvərləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi əməkdaşlarının böyük zəhməti nəticəsində bərpa və konservasiyaya ehtiyacı olan 690 ədəd eksponat üzərində zəruri işlər həyata keçirilmişdir. “Bərpa olunmuş eksponatlar” sərgisinin keçirilməsində əsas məqsəd isə bu sənət nümunələrini nümayiş etdirmək, onların necə qorunduğunu göstərməkdir.

Muzey Sərvərləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova çıxış edərək qeyd etdi ki, sərgidə bərpa edilmiş 49 eksponat nümayiş olunur. Bunlar xovsuz , xovlu xalçalar, xalça məmulatı, tikmə, geyim, bədii metal və çini, şüşə, ağac əşyalarından ibarətdir. Bu eksponatlar öz materiallarına və tarixinə görə fərqlənən, muzeyin kolleksiyasına məxsusən füsunkar sənət inciləridir.

Muzeyin baş mühafizi Mira Məmmədxanova bildirdi ki, “Bərpa olunmuş eksponatlar” sərgisi eksponatların təqdimatı ilə kifayətlənmir. Sərgi zamanı eksponatların konservasiya prosesini canlı izləyə bilmək üçün muzeyin bərpaçıları tərəfindən açıq ustad dərsləri keçiriləcək. Ziyarətçilərə təqdim olunacaq video-çarx və slayd-şou vasitəsilə onlar bərpa sirləri və bərpaçıların bacarıqları barədə daha çox məlumat almaq imkanı əldə edəcəklər. Bildirildi ki, sərgi sentyabrın 29-dək ziyarətçilərin üzünə açıq olacaq.

Çıxışlar başa çatdıqdan sonra tədbir iştirakçıları sərgiyə baxmağa dəvət olundular.
Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi
Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi
Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi
Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi
Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi
Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi
Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi
Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *