İlk dəfə təşkil olunan mühazirələr sizi dekorativ-tətbiqi sənətin tarixi ilə tanış edəcək
AzNews.info xəbər verir ki, Azərbaycan Xalça Muzeyinin zəngin və çeşidli sərgisi Azərbaycan tarixinin maddi mədəniyyətini öyrənən mənbədir. Kolleksiya ilə tanış olmaq üçün bir ziyarət kifayət etmir. Biz dəyərli qonaqlarımıza muzeyin tez-tez qonağı olmaq imkanını verən aylıq abonement əldə etməyi təklif edirik. Belə ki, hər dəfə özünüz üçün yenilik kəşf etmək və muzey aləmində baş verən hər bir hadisə ilə tanış olmaq imkanını yaradır.
Abonementlik sizə çoxsaylı üstünlüklər təqdim edir – ekspozisiyanı, zərgərlik fondunu, kitabxananı və yeni sərgiləri dəfələrlə ziyarət etmək, beynəlxalq layihələrin, mühazirələrin, “Bir eksponatın tarixi” adlı layihənin və “Ailə günü” tədbirinin iştirakçısı olmaq imkanını yaradır.
“Bir eksponatın tarixi” layihəsində Muzey fondundan seçilmiş eksponat təqdim olunacaq, onun barəsində qonaqlara ətraflı məlumat veriləcək: hazırlanma tarixi, texnikası, müəllifi və muzey kolleksiyasına daxil olunması.
“Ailə günü” tədbirinin məqsədi ailənin öz asudə vaxtını muzeydə keçirməsidir. Proqram valideyn və uşaqlarda yaradıcılıq və kommunikasiya bacarıqlarının inkişaf etməsi, ölkəmizin mədəniyyəti və incəsənəti ilə tanış olması imkanını yaradır. Proqram müxtəlif yaş həddlərini əhatə edir. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaqlar.
Əlaqə:
(+99412) 497 20 57
mail@azcarpetmuseum.az
2016-cı ilin sentabr ayına olan mühazirələrin mövzusu
1. Püstə Ağayeva, Azərbaycan Xalça Muzeyinin elmi işcisi “Sujetli xalçalar” (rus dilində) – 3 sentyabr
2. Dürdanə Qədirova, Azərbaycan Xalça Muzeyinin bərpaçısı “Azərbaycan Xalça Muzeyinin kolleksiyasına yeni daxil olunmuş eksponatlar” (azərbaycan dilində) – 10 sentyabr
Mənbə:> AzNews.info