“Retro Bakı” layihəsi davam edir
AzNews.info xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi zəngin konsert proqramı ilə yenə də Bakı sakinlərinin və qonaqlarının görüşünə gələcək.
Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən növbəti konsert sentyabrın 18-də, saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.
Bu həftə “Retro Bakı”da tanınmış müğənnilər Lalə Məmmədova, Cavan Zeynallı, Ceyhun Bakinski, Yaşar Cəlilov, Şəbnəm Qəhrəmanova və Səbinə Əsgərova iştirak edəcəklər.
Mənbə:> AzNews.info