Mədəniyyət və Turizm naziri Biləsuvar şəhərində vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Biləsuvar şəhərində vətəndaşları qəbul edəcək
AzNews.info xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən 2016-cı ilin sentyabr ayının 23-də saat 11ºº-də Biləsuvar şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 59) Beyləqan, Biləsuvar, Neftçala, Salyan, Cəbrayıl və Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş rayon mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.
Mənbə:> AzNews.info