ABŞ polisi 13 yaşlı uşağı güllələyib – VİDEO
ABŞ-ın Ohayo ştatında silahlı qarət çağırışı ilə hadisə yerinə gələn polis pnevmatik tapança ilə silahlanmış 13 yaşlı uşağı güllələyib.
Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, insident sentyabrın 14-də axşam saatlarında Kolumbus şəhərində baş verib.
Zabitlərdən birinin ifadəsinə görə, polislər qarətçilərin əlamətlərinə uyğun gələn gənclərin ifadəsini almaq istəyiblər. Lakin onlar polis əməkdaşlarını gördükdə qaçmağa başlayıblar. Polis gəncləri təqib edən zaman şübhəli şəxslərdən biri kəmərindən tapança çıxarıb və bundan sonra qanun keşikçiləri ona bir neçə dəfə atəş açıb.
Tayri Kinq adlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sonradan məlum olub ki, gəncin əlindəki silah lazer nişangaha malik pnevmatik tapança imiş.
Mənbə:> Oxu.Az