Naxçıvanda tibb işçiləri üçün 540 vakant yer təklif olunacaq
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə səhiyyə işçiləri üçün əmək yarmarkası keçirəcək.
Oxu.Az Report-a istinadən xəbər verir ki, əmək yarmarkasında işaxtaranlara 540 vakant iş yeri təklif olunacaq ki, onlardan da 401-i həkim, 139-u isə orta tibb işçisidir.
Yarmarka sentyabrın 16-da Səhiyyə Nazirliyinin inzibati binasında təşkil olunacaq.
Mənbə:> Oxu.az