Türkiyədə növbəti terror aktı
Türkiyənin şərqində Tuncəli vilayətinin Hozat şəhərində PKK terrorçularıın avtomobili partlatması nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə şənbə günü, sentyabrın 10-da, Hurriyet qəzeti məlumat verir.
Məsafədən idarə olunan partlayıcı qurğu avtomobil hərəkətdə olarkən işə salınıb.
Hüquq-mühafizə orqanları terrorçuların axtarışına başlayıb. Bölgəyə güc strukturlarının əlavə qüvvələri və hərbi helikopterlər göndərilib.
Mənbə:> Oxu.az