Türkiyədə güclü partlayış: Ölənlər var » AzNews.info -Xəbər portalı

Türkiyədə güclü partlayış: Ölənlər var – VİDEO (YENİLƏNİB)

Türkiyədə güclü partlayış: Ölənlər var


Türkiyənin Bingöl şəhərində törədilən terror aktı nəticəsində beş polis şəhid olub.

Oxu.Az Milliyet-ə istinadən xəbər verir ki, hadisə zamanı güc strukturlarının daha dörd əməkdaşı yaralanıb.

Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

19:49

Türkiyənin Bingöl şəhərində hava limanına gedən yolda güclü partlayış baş verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə bazar ertəsi, avqustun 1-də, Milliyet qəzeti xəbər verir.

Bakı vaxtı ilə 18:45-də Bingöl-Muş avtomobil yolunda xüsusi təyinatlı polisləri daşıyan zirehli avtomobilin keçidi sırasında PKK terrorçularının yola döşədiyi əldəqayırma partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində güc strukturlarının bir neçə əməkdaşı yaralanıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib

Məlumata görə, yaralanan polislər yaxınlıqdakı xəstəxanalara aparılıb.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *