Türkiyədə partlayış: Ölənlər və xeyli sayda yaralı var
Türkiyənin Şırnak əyalətinin Silopi şəhərində zirehli polis avtomobilinin keçdiyi ərazidə əldəqayırma partlayıcı qurğu işə salınıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 mülki şəxs ölüb, 5-i polis olmaqla, daha 19 nəfər yaralanıb.
Hadisə bu gün yerli vaxtla saat 19:15 radələrində baş verib. Əldəqayırma partlayıcı qurğunun məsafədən işə salındığı bildirilir.
Mənbə:> Oxu.Az