Kanadadan pulsuz Azərbaycana gələn səyahətçi – FOTO
Özünü Vadam adlandıran kanadalı qeyri-adi səyahətçi Bakıya gəlib.
AzNews.info xəbər verir ki, qadın səyahətçi Trend-ə bildirib ki, səkkiz illik səyahəti ərzində dünyanın təqribən 15 ölkəsindən keçib.
Dağlar və meşələrdə səyahət edən Vadam qeyd edib ki, səyahət zamanı yalnız təbiətin verdiyi nemətlərə – meyvə, giləmeyvə, tərəvəzlə qidalanmağa üstünlük verir: “Piyada və avtostopla səyahət edirəm”.
O, barabanı ilə özünə qazanc əldə etdiyini deyir: “Sadəcə otururam və barabanda musiqi çalıram”.
Vadam Azərbaycanda çox müsbət enerjili mühit olduğunu əlavə edib: “Şəhərin arxitekturası və Bulvar çox xoşuma gəlir”.
Mənbə:> Trend